Azərbaycanda 900-dən çox insana böyrək köçürülüb


22.03.2019 18:21
122
Azərbaycanda  900-dən çox insana böyrək köçürülüb

Azərbaycanda böyrək köçürülmüş 900-dən çox insan var. Bu insanların dərman təminatını dövlət öz üzərinə götürüb.


Ekspress.az xəbər verir ki, respublikanın şəhər və rayonlarında 44 hemodializ mərkəzi fəaliyyət göstərməkdədir. Səhiyyə Nazirliyinin məlumatına görə, bu mərkəzlərdə 3600-dən çox xroniki böyrək çatışmazlığı olan xəstə hemodializ seansları və dərman preparatları ilə təmin olunur.


Bildirilib ki, bu gün Azərbaycanda dövlət hesabına hemodializlə müalicə üçün növbədə olan xəstə yoxdur. Belə ki, hazırda xəstələr Səhiyyə Nazirliyi tərəfindən 71 adda dərman və tibbi ləvazimatlarla tam təmin olunur.


Aynurə Məmmədova

Ekspress.az

  • SON XƏBƏR
  • TREND