Putinlə ABŞ dövlət katibinin görüşü keçirilir

14.05.2019 23:21
179
Putinlə ABŞ dövlət katibinin görüşü keçirilir

Rusiya prezidenti Vladimir Putinlə ABŞ dövlət katibi Mayk Pompeonun görüşü başlayıb.


"TASS” agentliyi xəbər verir ki, prezidentin yay iqamətgahında keçirilən görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, prezidentin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov və Xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin də iştirak edir.

Bildirilir ki, görüş əsnasında ötən gün aparılan danışıqlarla bağlı dövlət katibinin Rusiya prezidentini məlumatlandıracağı gözlənilir (ONA).

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun da bildirdiyi kimi, görüş 30 dəqiqədən 3 saatadək davam edə bilər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND