S&P neftin qiymətinin 60 dollardan aşağı düşməyəcəyini proqnozlaşdırır

20.03.2019 12:11
54
S&P neftin qiymətinin 60 dollardan aşağı düşməyəcəyini proqnozlaşdırır

"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyi 2019 və 2020-ci illər üçün "Brent" markalı neftin orta qiymət proqnozunu əvvəl gözlənilən bir barelə görə 55 dollar əvəzinə bir barel üçün 60 dollara qədər artırıb.

 

Bu barədə agentliyin məlumatında bildirilir.

  

"S&P Global Ratings" iki iri neft hasil edən regionun, OPEC ölkələri və Rusiya tərəfindən 2019-cu ilin birinci yarısı üçün planlaşdırılan hasilatın azaldılmasını nəzərə alaraq, "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozlarını yaxşılaşdırıb", - deyə məlumatda qeyd olunur (marja).

 

Agentlik yanvar proqnozunda "Brent" neftinin qiymətini bir barelə görə 65 dollardan 55 dollara qədər endirmişdi.

 

Bildirilir ki, OPEK+ ölkələri tərəfindən hasilatın azaldılması, "Brent" və az dərəcədə WTI neftinin qiymətində öz əksini tapıb.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND