Prezident Murad Köhnəqalaya ev verdi


23.07.2019 16:35
92
Prezident Murad Köhnəqalaya ev verdi

Prezident İlham Əliyev şair-publisist Murad Köhnəqalaya ev verib.


Ekspress.az xəbər verir ki, bu barədə M.Köhnəqala məlumat verib. O hədiyyəyə görə ölkə başçısına təşəkkürünü bildirib:


“Mənzil problemimlə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi! Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə tapşırıq verib. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər.


Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.


Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram!

Qoy həmişə günəş olsun!”


Ekspress.az




Açar sözlər:
  • SON XƏBƏR
  • TREND