Müxtəlif tibb müəssisələrində vətəndaşların qəbulu başladı


29.04.2019 10:03
239
Müxtəlif tibb müəssisələrində vətəndaşların qəbulu başladı

Bu gündən Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşların qəbuluna başlayır.


Bu barədə Ekspress.az -a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qəbul zamanı səlahiyyətli nümayəndələr vətəndaşların problemlərini dinləyib, onları yerində həll edəcəklər.


Ekspress.az

Açar sözlər: