ABŞ Talibanla razılaşdı: 5 min hərbçi…


03.09.2019 14:20
72
ABŞ Talibanla razılaşdı: 5 min hərbçi…

ABŞ Talibanla saziş layihəsinə uyğun olaraq 135 gün ərzində Əfqanıstandakı 5 bazadan 5 min hərbi qulluqçunu çıxarmağa hazır olacaq.


Ekspress.az xəbər verir ki, bu sözləri “TOLO Nyus” a açıqlamasında ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad deyib.


“Bəli, biz prinsipial razılıq əldə edə bildik”, - Xəlilzad bildirib.


Bununla belə Əfqanıstan üzrə xüsusi nümayəndə razılaşmanın yekun nəticə olmadığını, ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənməli olduğunu söyləyib.


Qeyd edək ki, bundan öncə Prezident Tramp da ABŞ-ın Əfqanıstandakı əsgərlərinin sayının 8,5 minə endiriləcəyini bildirmişdi. (axar)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND