"Qarabağ" "Sabah"a 3:0 hesabı ilə qalib gəlib

13.04.2019 20:55
41
"Qarabağ" "Sabah"a 3:0 hesabı ilə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.


Çempionluğa iddialı "Qarabağ" debütant "Sabah"ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Görüşdə ilk qolu 10-cu dəqiqədə Riçard Almeyda vurub. 65-ci dəqiqədə Filip Ozobiç fərqi iki topa çatdırıb. 77-ci dəqiqədə Mahir Mədətov hesab arasındakı fərqi daha da artırıb.


Bu nəticədən sonra xallarının sayını 54-ə yüksəldən "Qarabağ" bir günlük də olsa, vahid lider olub. "Sabah" isə 26 xalla 5-cidir (report).


Qeyd edək ki, günün ilk oyununda "Zirə" "Sumqayıt"ı məğlub edib - 2:0. Tura sabah keçiriləcək "Keşlə" - "Qəbələ" və "Səbail" - "Neftçi" oyunları ilə yekun vurulacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND