Bakıda cüdo üzrə Böyük Dəbilqə turniri başlayıb

10.05.2019 16:32
56
Bakıda cüdo üzrə Böyük Dəbilqə turniri başlayıb

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə Böyük Dəbilqə beynəlxalq turnirinin təntənəli açılış mərasimi olub.


Heydər Əliyev adına İdman Sarayında baş tutan tədbirdə gənclər və idman naziri Azad Rəhimov yarış iştirakçılarını salamlayıb və qələbə arzulayıb.


"Azərbaycanda idmanın inkişafı dünya ictimaiyyətinə bəllidir. Ölkəmizdə müxtəlif idman tədbirləri keçirilməkdədir. Buna misal olaraq I Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunları, "Formula 1" yarışlarını misal göstərmək olar. Ötən ilin sentyabrında Bakıda cüdo üzrə dünya çempionatı baş tutub" deyən nazir bildirib ki, "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xalı verən Böyük Dəbilqə də bu qəbildəndir .


Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Barta möhtşəm qonaqpərvərlik və təşkilatçılığa görə Azərbaycan Cüdo Federasiyasına təşəkkür edir.

Daha sonra Dövlət Himni səsləndirilib.


Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev yarışın yüksək səviyyədə keçəcəyinə inandığını bildirib və idmançılara uğurlar arzulayıb. O, yarışı açıq elan edib (report).  


Qeyd edək ki, üç gün davam edəcək Böyük Dəbilqə turnirində dünyanın 57 ölkəsindən 449 cüdoçu mübarizə aparacaq. Yarışda Azərbaycanı 28 kişi və 15 qadın idmançı təmsil edir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND