Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

23.09.2019 10:58
107
Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.


Ekspress.az xəbər verir ki, görüşün ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur.


Qeyd edək ki, ötən gün xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND