Məsud Özilə Londonda silahlı hücum - Video

26.07.2019 23:12
83
Məsud Özilə Londonda silahlı hücum - Video

Londonun “Arsenal” klubunun yarımmüdafiəçisi Məsud Özil Britaniya paytaxtında silahlı hücuma məruz qalıb.


Ekspress.az xəbər verir ki, bu barədə “Deyli Meyl” yazıb.


Məlumata görə, futbolçu komanda yoldaşı Zead Kolaşinaçla birlikdə avtomobilində gəzərkən onlara əllərində bıçaq olan şəxslər yaxınlaşıb. Bu vaxt Özil maşından düşərək yaxınlıqdakı restorana kömək arxasınca qaçıb. Bosniyalı isə həmin zaman hücum edən şəxslərlə əlbəyaxa olub.


Futbolçular hadisə yerinə gələn restoranın təhlükəsizlik əməkdaşlarının köməyi ilə xilas olublar.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND