Tolikin verilişi bağlanacaq? - Müğənnilər şikayətçidirlər


19.04.2019 21:55
778
Tolikin verilişi bağlanacaq? - Müğənnilər şikayətçidirlər

Tarix Əliyev (Tolik) bu gün aparıcısı olduğu "Hər şey daxil"in əlindən alınmağı üçün adını açıqlamadığı bəzi müğənnilərin çox çalışdıqlarını diqqətə çatdırıb.


Ekspress.az xəbər verir ki, prodüser-aparıcı həmin məşhurların əməkdar artistlər olduğunu qeyd edib.


Tolik onu hədəf alan əməkdar artistlərə söz atmağı da unutmayıb:


"Bir-iki əməkdar artist müğənnilər var, gedib orada-burada deyirlər ki, "Toliki işdən çıxartdıracam". Məni işdən çıxardacaq bir şəxs kanalın prezidentidir. O, mənim işimə xitam verə bilər. Müğənninin ona heç bir səlahiyyəti yoxdur. Gedib orada-burada boş-boşuna ağzınızı qoymayın Allah yoluna. Siz kimsiniz ki? Siz bəlkə də hansısa qurumda işləyirsiniz və kiməsə görə nəyəsə nail olmusunuz bu həyatda. Amma səhv salmayın. Mənim 40 yaşım var" (milli.az).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND