Azərbaycan kubokunda yarımfinal oyunlarının vaxtı açıqlanıb

14.04.2019 18:29
129
Azərbaycan kubokunda yarımfinal oyunlarının vaxtı açıqlanıb


Futbol üzrə Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk oyunlarının cədvəli açıqlanıb.


Eyni gündə keçiriləcək qarşılaşmalar aprelin 23-də baş tutacaq.


Öncə “Qəbələ” – “Qarabağ” matçı baş tutacaq. Ardınca isə “Sumqayıt” – “Zirə” oyunu keçiriləcək.


Qeyd edək ki, hər iki görüş “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.


Azərbaycan kuboku


Yarımfinal, ilk oyun


23 aprel (çərşənbə axşamı)


“Qəbələ” – “Qarabağ”


Qəbələ şəhər stadionu, 16:00


“Sumqayıt” – “Zirə”


“Kapital Bank Arena”, 18:30


Ekspress.az

  • SON XƏBƏR
  • TREND