S-400-lərin Türkiyədə yerləşdiriləcəyi tarix açıqlandı

08.03.2019 21:16
98
S-400-lərin Türkiyədə yerləşdiriləcəyi tarix açıqlandı


Rusiya istehsalı olan S-400 tipli zenit-raket komplekslərinin (ZRK) Türkiyə ərazisində yerləşdirilməsinə cari ilin oktyabrında başlanılacaq. 


Bu barədə Türkiyənin müdafiə naziri Hülusi Akar bəyan edib.

 

"Zenit-raket komplekslərinin dislokasiya ərazisinə dair qərar Türkiyə Silahlı Qüvvələri Komansanlığı tərəfindən veriləcək", - deyə H.Akar qeyd edib.  


Onun sözlərinə görə, məhz Rusiya istehsalı ZRK əldə etmək qərarı ölkənin təhlükəsizliyinin təmin olunması zərurətindən irəli gəlib. 


"Türkiyə 82 milyon vətəndaşının müdafiəsini təmin etməyə borcludur", - deyə nazir qeyd edib.  


2017-ci ildə Türkiyə və Rusiya arasında S-400 silahlarının alqı-satqısına dair imzalanmış saziş Ankara ilə Vaşinqton arasında gərginliyə səbəb olub (oxu.az).


Martın 2-də Türkiyə nümayəndə heyəti Vaşinqtonda ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınması barədə danışıqlara başlamışdı. 


Türkiyə XİN başçısı bildirmişdi ki, əgər, NATO və ABŞ-la razılıq əldə olunmasa, Ankara bu silahların Rusiyadan alınması məsələsini gözdən keçirəcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND