Neft kəskin ucuzlaşdı, Brent neftinin qiyməti 67 dollara düşdü

23.05.2019 21:22
157
Neft kəskin ucuzlaşdı, Brent neftinin qiyməti 67 dollara düşdü

Neft qiymətləri ABŞ-dakı xam neft ehtiyatların artması və ticarət gərginliyinin təsiri ilə düşür. Bakı vaxtı ilə 21:20-yə olan məlumata əsasən Brent markalı neftinin qiyməti 5,55 faiz enərək 67 dollara, ABŞ-ın xam neftinin qiyməti 60 dollardan aşağı düşüb.

 

Neftin kəskin ucuzlaşması ABŞ-ın neft ehtiyatlarındakı artım, ABŞ-la Çin arasında ticarət gərginliyinin artması ilə əlaqədardır.

 

ABŞ-ın neft ehtiyatları keçən həftə 4.7 milyon barel artaraq 2017-ci ilin ortasından bəri ən yüksək səviyyəsinə qalxıb.

 

Analitiklər bildirirlər ki, nə Orta Şərqdə gərginliyin yüksəlməsi, nə də OPEC-in hasilatın azaldılması müqaviləsini uzatması neft qiymətlərini "dar intervaldan" yüksəldə bilmədi. Ticarət müharibəsinin qlobal iqtisadi artım üzərindəki təsirinə dair narahatlıqlar və güclənən dollar neft qiymətlərini məhdudlaşdırır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND