X sinif şagirdi özündən böyük şəxsi bıçaqladı

11.02.2019 15:28
231
X sinif şagirdi özündən böyük şəxsi bıçaqladı

Şəki rayonunda bıçaqlanma hadisəsi baş verib. 


Şəki şəhər sakinləri - 2003-cü il təvəllüdlü Məmməd Əyyubov mübahisə zəminində 2001-ci il təvəllüdlü Nəzir Adil oğlu Abdullazadəni bıçaqlayıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona bel nahiyəsinin sağ və sol tərəflərinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.


Qeyd edək ki, M.Əyyubov Şəki şəhərindəki ümumtəhsil məktəblərindən birinin X sinif şagirdidir.


Faktla bağlı araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND