Avroliqada yarımfinalçılar müəyyənləşdi


19.04.2019 09:18
140
Avroliqada yarımfinalçılar müəyyənləşdi

Bu gün Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.


Ekspress.az xəbər verir ki, 4 qarşılaşma ilə yarımfinalçılar bəlli olub.


"Napoli" ilk görüşdə 2 cavabsız top buraxdığı "Arsenal"ı qəbul edib və 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. "Valensiya" "Vilyarreal"a qalib gələrək yarımfinala yüksəlib - 2:0.


"Ayntraxt" Almaniyada "Benfika" ilə qarşılaşıb. 2:0 hesabı ilə qalib gələn Almaniya təmsilçisi səfər qolu sayəsində mərhələ adlayıb.


"Çelsi" Londonda "Slaviya" ilə üz-üzə gəlib və 4:3 hesablı qələbə qazanıb.


Beləliklə, "Arsenal", "Valensiya", "Ayntraxt" və "Çelsi" yarımfinala yüksəlib.


1/2 final mərhələsində "Arsenal" "Valensiya" ilə, "Ayntraxt" isə "Çelsi" ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalın görüşləri 2-9 may tarixlərində keçiriləcək.


23:00."Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə) - 0:1

Qol: Lyakazett,36

İlk oyun - 0:2


23:00."Valensiya" (İspaniya) - "Vilyarreal" (İspaniya)- 2:0

Qol: Latorre,13 Parexo, 54

İlk oyun - 3:1


23:00."Ayntraxt" (Almaniya) - "Benfika" (Portuqaliya) - 2:0

Qollar: Kostik, 37, Sebastyan Rode, 67

İlk oyun - 2:4


23:00."Çelsi" (İngiltərə) - "Slaviya" (Çexiya) - 4:3

Qollar: Pedro, 5 (1:0), Deli, 10-avtoqol (2:0), Jiru, 17 (3:0), Souçek, 26 (3:1), Pedro, 27 (4:1), Petr Sevçik, 51 (4:2) 54 (4:3)

İlk oyun - 1:0


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND