• 17 °C Bakı
  • 16 °C Quba
  • 25 °C Gəncə
  • 17 °C Yevlax
  • 17 °C Naxçıvan

Azərbaycanlı cüdoçu Böyük Dəbilqə turnirində gümüş medal qazanıb


10.05.2019 19:40
44
Azərbaycanlı cüdoçu Böyük Dəbilqə turnirində gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən Böyük Dəbilqə turnirində gümüş medal qazanıb.


Ekspress.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı idmançı finalda Moldova təmsilçisi Denis Vieruna məğlub olub. Eyni çəki dərəcəsindəki İbrahim Əliyev isə bürünc medal uğrunda qarşılaşmada Basxu Yondoperenleyə uduzub.


İlk yarış günündə kişilər 60 kq və 66 kq, qadınlar isə 48 kq, 52 kq və 57 kq-da mübarizə aparır.


Qadınların yarışında Ramilə Əliyevə, Şəfəq Həmidova, Əliyeva Leyla (hər üçü 48 kq), Gülşən Nəzərova, Şəfəq Məmmədova, Gültac Məmmədəliyeva (hər üçü 52 kq), Səkinə Zayirova (57 kq) 1/16 finala təsadüf edən ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar. Aişə Qurbanlı (48 kq), İçinxorlu Munxtsedev və Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) isə bir görüşü qələbə ilə bitirdikdən sonra 1/8 finalda uduzublar (report). Kişilərdən Oruc Vəlizadə, Tofiq Məmmədov, Orxan Səfərov (hər üçü 60 kq) ilk görüşlərində uduzaraq turnirlə vidalaşıblar. Əhməd Yusifov (60 kq) və İsmayıl İbrahov (66 kq) isə bir mərhələ adlaya bilib.


Qeyd edək ki, Böyük Dəbilqə turnirinə mayın 12-də yekun vurulacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND