"Barselona" xal itirdi - FOTO

11.02.2019 01:40
180
"Barselona" xal itirdi - FOTO

İspaniya La Liqasının 23-cü turunda "Atletik Bilbao" evdə çempionatın lideri "Barselona"nı qonaq edib.


Ekspress.az xəbər verir ki, gərgin keçən idman mübarizəsinin sonunda komandalar meydandan sülhlə ayrılıblar - 0-0.


Qolsuz heç-heçə nəticəsində aktivinə 1 xal yazdıran "Barselona" xallarının sayını 51-ə çatdırıb. "Bilbao" isə 27 xalla 13-cü pilləyə yüksəlib.


Qeyd edək ki, 23-cü turun nəticələrinə əsasən "Barselona" turnir cədvəlinə başçılıq etməkdə davam edir. "Real Madrid" 45 xalla ikinci, "Atletiko Madrid" isə 44 xalla üçüncü pillədə qərarlaşıb.

  • SON XƏBƏR
  • TREND