Azərbaycan Premyer Liqasında 26-cl tura yekun vurulub - CƏDVƏL

10.02.2019 20:02
142
Azərbaycan Premyer Liqasında 26-cl  tura yekun vurulub - CƏDVƏL

Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti tura yekun vurulub.


26-cı turunda “Səbail” “Bayıl Arena”da “Zirə”ni qəbul edib.


Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


“Zirə”nin heyətində ilk qolu Xulio Sezar Rodrigez 2-ci dəqiqədə vurub. Sadio Tounkara 94-cü dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub (Trend).


Bu qələbədən sonra “Zirə” 7-ci yerə yüksəlib, “Səbail” isə 24 xalla üçüncüdür.


Xatırladaq ki, günün digər matçında “Neftçi” “Keşlə”ni 2:0 hesabı ilə məğlub edib.


Son turun ardından turnir cədvəlində olan vəziyyət aşağıdakı kimidir:




Ekspress.az

  • SON XƏBƏR
  • TREND