"Pensiya yaşına az qalmış insanların işdən ixtisar edilməsinin qarşısı alınmalıdır" - deputat

05.03.2019 19:16
486
"Pensiya yaşına az qalmış insanların işdən ixtisar edilməsinin qarşısı alınmalıdır" - deputat

Deputat Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı Ombudsmanın da öz məruzəsində toxunduğu pensiya yaşına az qalmış bəzi işçilərin ixtisara salınaraq işdən çıxarılmasının qanunvericiliklə qadağan edilməsi təklifini dəstəklədiyini deyib.


Ekspress.az xəbər verir ki, millət vəkili bildirib ki, ona edilən bir sıra müraciətlərdə pensiya yaşına çıxmağa təxminən 5-7 il qalmış bəzi insanlarımız ixtisara salınaraq işdən azad olunduqlarını və bu yaşdan sonra iş tapmaqda çətinliklə üzləşdiklərini bildirirlər.


"Ona görə də hesab edirəm ki, pensiya yaşına 5-7 il qalmış şəxslərin ixtisara salınaraq işdən çıxarılması çox ciddi məsələ olduğu üçün qanunvericiliklə qadağan edilməlidir və bu istiqamətdə Ombudsmanın məruzədə qanunvericiliyə əlavələrin edilməsi təklifini tam dəstəkləyirəm və hesab edirəm ki, pensiya yaşına az qalmış insanların işdən ixtisar edilməsinin qarşısı alınmalıdır", - deyə Qənirə Paşayeva bildirib.

Açar sözlər: