Aşura ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində


09.09.2019 10:20
63
Aşura ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində

Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.


Bu barədə Ekspress.az -a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verib.


Qeyd edilib ki, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq: "Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək".


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND