Xərçəngə qarşı yeni dərman hazırlandı - 6 aya qədər...

09.02.2019 02:46
324
Xərçəngə qarşı yeni dərman hazırlandı - 6 aya qədər...

İngiltərədə uzun müddətdir ki, araşdırma aparan elm adamları xərçəng xəstəliyinin müalicəsinə cavab verməyən 150 nəfər üzərində sınanan və xərçəng hüceyrələrinə sızaraq təsirli olması hədəfə alınan "TV" adlı dərmanın bir çox xəstədə müsbət nəticə göstərdiyini açıqlayıblar.


Ekspress.az xəbər verir ki, Mərkəzi Londonda yerləşən Xərçəng Araşdırmaları institutu ilə Royal Marsden xərçəng xəstəxanası mütəxəssislərinin birlikdə inkişaf etdirdiyi dərman ağciyər, uşaqlıq boynu, sidik kisəsi və yumurtalıq da daxil olmaqla cəmi altı xərçəng növündə sınaqdan keçirilib. 


Mütəxəssislər İngiltərədə yeni inkişaf etdirilən "TV" (Tisitumab Vedotin) adlı dərmanın xərçəng hüceyrələrinə sızaraq hüceyrələrə içəridən hücum etdiyini və dərmanın 6 aya qədər təsirli olduğunu ifadə ediblər. 

 

Nəticələri "Lancet Oncology" adlı tibb jurnalda nümayiş olunan araşdırmaya görə, sidik kisəsinin xərçəngi xəstələrinin 27 faizi, uşaqlıq boynu xərçəngi xəstələrinin isə 26 faizi müalicəyə müsbət cavab verib.


Yemək borusu xərçəngi və kiçik hüceyrəli ağciyər xərçəngi xəstələrində isə bu nisbət 13 faiz olub. Endometrial xərçəng xəstəlikli xəstələrin 7 faizində şişin azaldığı, ya da böyüməsinin dayandığı görülüb.

 

Açar sözlər: