Bu beş təhlükəli xəstəlik Azərbaycanda insanları öldürür


09.10.2019 10:32
42
Bu beş təhlükəli xəstəlik Azərbaycanda insanları öldürür

Azərbaycanda xəstəlikdən ölüm halları artıb.


Ekspress.az -ın xəbərinə görə, 2018-ci ildə ölkədə 57 min 250 nəfər ölüb.


2017-ci ildə bu rəqəm 57 min 109, 2016-cı ildə isə 56 min 648 nəfər olub.


Qan dövranı sisteminin xəstəlikləri isə ən çox ölümə səbəb olan haldır. 2017-ci ildə bu kateqoriyaya daxil olan xəstəliklərdən 33 min 663, 2018-ci ildə isə 33 min 909 nəfər ölüb.


İkinci ən çox ölümə səbəb olan xəstəlik isə yenitörəmələrdir. 2017-ci ildə 8 min 665, 2018-ci ildə isə 8718 nəfər yenitörəmələrdən vəfat edib.


Üçüncü ən çox ölümə səbəb olan hal isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri ilə bağlıdır. 2017-ci ildə 2 min 769, 2018-ci ildə isə 2 min 778 nəfər bu səbəbdən ölüb.


Həzm sistemi xəstəlikləri isə ölüm hallarına səbəb hal kimi ilk beşlikdədir. 2017-ci ildə 2 min 473, ötən il isə 2 min 609 nəfər həzm sistemi xəstəlikləri səbəbindən vəfat edib.

Tənəffüs sistemi xəstəlikləri isə Azərbaycan əhalisi arasında ölümə səbəb olan hallar arasında beşincidir. 


2017-ci ildə 1839, 2018-ci ildə isə 1826 nəfər tənəffüs sistemi xəstəliklərindən ölüb. (oxu)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND