• 17 °C Bakı
  • 16 °C Quba
  • 25 °C Gəncə
  • 22 °C Yevlax
  • 18 °C Naxçıvan

Mövlud Cavuşoğlu: “S-400”-lər Türkiyənin nəzarətində olacaq”


16.05.2019 15:58
28
Mövlud Cavuşoğlu: “S-400”-lər Türkiyənin nəzarətində olacaq”

“ABŞ-ın “S-400” raket sisteminin “F-35” və ya NATO-nun digər sistemlərinə təsir edəcəyi haqqında bir iddiaları var. Dəfələrlə açıq şəkildə bildirmişik ki, bu sistem tamamilə bizim nəzarətimizdə olacaq və NATO sistemlərinə inteqrasiya edilməyəcək”.


Ekspress.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, ABŞ-ın bu məsələ ilə bağlı iddiaları doğru olsaydı “S-400”lərin “F-35”lərin texnologiyasına uyğunlaşması lazım gələrdi. O, bu məsələ ilə bağlı Türkiyə-ABŞ birgə komissiyasının qurulması təklifinə indiyədək cavab verilmədiyini xatırladıb. 


Qeyd edək ki, Türkiyə müdafiə sənayesi naziri İsmail Dəmir mayın sonu, iyunun əvvəllərində “S-400”-lərlə əlaqədar Türkiyədən Rusiyaya 100 hərbçinin göndəriləcəyini bildirib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND