Bakıda 10 yaşlı oğlanı zorladılar - Pedofil saxlanıldı


22.05.2019 14:57
329
Bakıda 10 yaşlı oğlanı zorladılar - Pedofil saxlanıldı

Bakının Binəqədi rayonunda pedofil saxlanılıb.


Ekspress.az -ın xəbərinə görə, bu barədə rayonun Polis İdarəsindən məlumat verilib.

Beşinci Polis Bölməsinin əməkdaşları 33 yaşlı Kürdəmir rayon sakini A.Əbilovu saxlayıb.


O, mayın 21-də axşam 20:00 radələrində 10 yaşlı oğlanı tovlayaraq, 3026-cı məhəllədə yerləşən şadlıq evinin arxasında zorlamaqda ittiham olunur (Oxu.Az).


Pedofili çevik polis alayının əməkdaşları şahidlərin köməyi ilə saxlayıb. Hazırda saxlanılan şəxsin başqa oxşar cinayətlər törədib-törətmədiyi araşdırılır.


Ekspress.az