Bakıda ərzaq məhsullarının saxlanılması üçün iri anbar tikiləcək

04.07.2019 10:55
59
Bakıda ərzaq məhsullarının saxlanılması üçün iri anbar tikiləcək

Bakıda ərzaq məhsullarının saxlanılması üçün iri anbarın tikintisi 2020-ci ilin əvvəlində başa çata bilər.

Bunu “Nabucco Memarlıq və İnşaat” tikinti şirkətinin direktoru Kəmaləddin Məsimov deyib.


Onun sözlərinə görə, bu günədək metal konstruksiyanın quraşdırılması üzrə işlərin 20 faizi başa çatıb.


Şirkət direktoru bildirib ki, yeni obyektin tikintisində bir neçə Azərbaycan şirkəti iştirak edir:


“Hazırda özülün quraşdırılması üzrə beton işləri başa çatıb. Metal konstruksiyası da quraşdırılandan sonra digər Azərbaycan şirkəti obyektin ventilyasiyasının quraşdırılmasına başlayacaq (trend). Obyektin gələn ilin ilk aylarında istifadəyə veriləcəyi gözlənilir”.


Onun sözlərinə görə, şirkət əsasən şəxsi villalar və digər obyektlərin tikintisi ilə məşğul olur:


“Biz əsasən fərdi sifarişçilərlə müqavilə əsasında işləyirik və bu gün müəssisəsimizin əsas gəlir mənbəyi bu sahədir. Eyni zamanda bizim texniki imkanlarımız və kadr potensialımız imkan verir ki, biz istənilən dövlət əhəmiyyətli obyektin tikintisi ilə məşğul olaq. Təəssüf ki, hələlik bununla bağlı sifariş almamışıq, ona görə də bu istiqamətdə iş təcrübəmiz yoxdur”.


K.Məsimov əlavə edib ki, ölkənin tikinti sektorunda hazırkı vəziyyəti stabil olaraq qiymətləndirmək olar:


“Demək olmaz ki, tikinti bumu yaşanır, amma ümumilikdə bu sektorda inkişaf dinamikası var”


Ekspress.az

  • SON XƏBƏR
  • TREND