Sensasiya: Həyatın olduğu planet tapıldı – Yerdən iki dəfə böyükdür


13.09.2019 21:50
256
Sensasiya: Həyatın olduğu planet tapıldı – Yerdən iki dəfə böyükdür

Astronomiya mütəxəssisləri K2-18b adlandırılan bir planetin atmosferində ilk dəfə suya rast gəliblər. Beləliklə, bu göy cismi Yer kürəsi xaricində həyatın olduğu ehtimal edilən planetlər sırasına daxil edilib.


Ekspress.az xəbər verir ki, elm adamları qarşıdakı 10 ildə K2-18b-nin atmosferində canlı orqanizmlər tərəfindən əmələ gələn qazların olub-olmayacağını araşdıracaq.


London Universitetinin professoru Qovanna Tinetti planetdə su tapılmasını sensasiya adlandırıb: “İlk dəfə atmosfer temperaturunun həyatın olduğu ehtimalını gücləndirən bir planetdə su tapdıq”.


K2-18b dünyadan 111 işiq ili, yəni 1 milyard 46 milyon 73 min 600 km uzaqdadır. Hələlik bu məsafə planetdə axtarışlar aparmağa imkan yaratmır.


2020-ci ildə istifadəyə veriləcək yeni nəsil kosmos teleskoplarının bu məsafədən müşahidə aparmağa imkan yaradacağı gözlənilir.


2016-2017-cı illərdə Hubble Kosmos Teleskopundan istifadə edərək planetləri araşdıran elm adamları bu planetlərin öz günəşləri ətrafında fırlandıqca əmələ gələn dəyişiklikləri müşahidə edərək, həyatın ola biləcəyini sübut edəcək bir sıra kimyəvi maddələrin mövcud olduğu iddiasını irəli sürüb. Lakin hələlik K2-18b-də suyun tərkibində kimyəvi maddələrin olduğu sübut olunub. Əldə edilən məlumatlara inansaq, yeni planetin atmosferinin 50 faizini su təşkil edir.


Planet Yer kürəsindən iki dəfə böyükdür, temperaturu isə 0-40 dərəcə arasında dəyişir.


K2-18b 2015-ci ildə ABŞ Milli Kosmos İdarəsinin (NASA) Kepler adlı kosmos araşdırma aparatı tərəfindən kəşf edilib. Tess adlı kosmos araşdırma aparatının isə qarşıdakı illərdə yüzlərlə yeni planet kəşf edəcəyi gözlənilir. (teleqraf)


Ekspress.az