Ən yüksək ödənişli qapıçı olur

16.07.2019 23:53
73
Ən yüksək ödənişli qapıçı olur

"Mançester Yunayted" qapıçısı David De Xea ilə yeni müqavilə bağlamağa yaxındı.


Ekspress.az matc.az-a istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub.


Yeni anlaşma ispaniyalını dünyanın ən yüksək ödənişli qapıçısına çevrəcək. Belə ki, müqaviləyə əsasən, 29 yaşlı oyunçunun həftəlik 200 min funt-sterlinq olan məvacibi 375 minə qalxacaq.


Qeyd edək ki, David De Xeanın hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdi.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND