Fərdi sahibkarlar üçün ilk onlayn mühasibat proqramı istifadəyə verildi


10.04.2019 12:29
165
Fərdi sahibkarlar üçün ilk onlayn mühasibat proqramı istifadəyə verildi

Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixdən etibarən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlər istisna olmaqla, digər xidmətlərin göstərilməsini həyata keçirən şəxslər- hüquqi və ya fiziki şəxslər (Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər.

 

Ekspress.az -ın məlumatına görə, vergi ödəyicisi olan hüquqi və ya fiziki şəxslərə xidmət göstərən fiziki şəxslər - fərdi sahibkarlar 1 yanvar 2019-cu il tarixdən etibarən fiziki şəxslərin gəlir vergisi ödəyicisi olmalıdırlar.

 

1 yanvar 2019-cu il tarixdən fiziki şəxslər əvvəlki dövrdə təqdim etdikləri sadələşdirilmiş vergi bəyənnaməsi əvəzinə, məcburi dövlət sosial sığorta haqqında rüblük hesabat, rüblük cari vergi ödəmələrinin hesablanması haqqında arayış (təqdim edilmədiyi təqdirdə vergilər vergi orqanı tərəfindən hesablanacaq) və illik gəlir vergisi bəyənnaməsi təqdim etməlidirlər.

 

Fiziki şəxs-fərdi sahibkarlar cari vergi ödəmələrinin hesablanması haqqında arayışı və illik gəlir vergisi bəyənnaməsini (gəlir, xərc və əlavə 1- balans bölmələri) təqdim etmək üçün həyata keçirdikləri iş və xidmətlərin, xərclərin və bank əməliyyatlarının uçotunu aparmalıdırlar(marja).

 

"Verivia" şirkətinin komandası Azərbaycanda ilk dəfə olaraq xidmət sahəsində fəaliyyət göstərən fərdi sahibkarlar üçün onların həyatını asanlaşdıran, vaxtına qənaət edən, elektron uçotla təmin edən, cəmi 1 “click”-ə dövlət orqanlarına təqdim edilməli hesabatları tərtib edən “eclick” onlayn mühasibat proqramını təqdim edir.

 

Fərdi sahibkarlar, mühasib olmağınıza ehtiyac yoxdur, bunu sizin əvəzinizə “eclick” edəcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND