Elmə məlum olmayan məxluq tapıldı - ALİMLƏRİ HEYRƏTLƏNDİRDİ


20.04.2019 22:15
481
Elmə məlum olmayan məxluq tapıldı - ALİMLƏRİ HEYRƏTLƏNDİRDİ

Hind okeanının dərinliklərindən elmə məlum olmayan varlıq tapılıb.


Ekspress.az xəbər verir ki, Böyük Britaniyanın Nyukasl Universitetinin araşdırmaçıları Hind okeanının ən dərin hissəsində - şərq hissəsində araşdırma aparıblar.


Alimlər suyun dərinliyinin faunasını öyrənərkən dəniz biologiyası üçün yeni olan varlıq aşkar ediblər. Şahidlərin sözlərinə görə, xarici görkəminə görə, bu varlıq uzun ipi olan hava şarını xatırladır.


Məxluq qaranlıqda sualtı aparatın qarşısına çıxıb və sonra yox olub. O, okeanın 6500 metr dərinliyində aşkarlanıb.


Alimlər şara bənzər varlığı araşdırıb və belə qərara gəliblər ki, bu, 20 il əvvəl yapon bioloqlar tərəfindən görülən stalked ascidia növüdür (Sputnik Azərbaycan). Ancaq alimlərin fikrincə, ascidia daha az dərinlikdə yaşayır.


Hind okeanında araşdırmalar davam edir. Okeanda yaşayan canlıların hamısı hələ tam öyrənilməyib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND