İngiltərə Millətlər Liqasında 3-cü yeri tutub


09.06.2019 20:23
116
İngiltərə Millətlər Liqasında 3-cü yeri tutub

UEFA Millətlər Liqasında 3-cü yerin sahibi müəyyənləşib.


Ekspress.az xəbər verir ki, bu, İngiltərə yığmasıdır. Qaret Sautgeytin baş məşqçi olduğu kollektiv İsveçrəni penaltilər seriyasında məğlub etməyi bacarıb.


Görüşün əsas və əlavə vaxtında qol vurulmayıb. 84-cü dəqiqədə İngiltərə millisinin hücumu zamanı qol vurulsa da, VAR-a müraciətdən sonra epizod zamanı qayda pozuntusuna yol verildiyi təsbit olunub.


Penaltilər seriyasında isə İsveçrə yığmasının futbolçusu Yosip Drmiç 6-cı zərbəni yerinə yetirilərkən, rəqib qapıçı Cordan Pikford topu qaytarıb. İngiltərə isə bunadək 6 zərbənin hamısında dəqiq olduğu üçün qalib gəlib - 6:5.


Qeyd edək ki, Millətlər Liqasının qalibi saat 22:45-də Portuqaliya və Hollandiya arasında keçiriləcək final matçının yekununda müəyyənləşəcək (report).


UEFA Millətlər Liqası


9 iyun

3-cü yer uğrunda görüş

17:00. İsveçrə - İngiltərə - 0:0 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 5:6)

Harri Maquayr - 0:1

Stiven Tsuber - 1:1

Ross Barkli - 1:2

Qranit Caka - 2:2

Ceydon Sanço - 2:3

Manuel Akanji - 3:3

Rəhim Sterlinq - 3:4

Kevin Mbabu - 4:4

Cordan Pikford - 4:5

Fabian Şör - 5:5

Erik Dayer - 5:6

Yosip Drmiç - 5:6 (qapıçı)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Gimaraynş (Portuqaliya), "Estádio D. Afonso Henriques"


Ekspress.az

  • SON XƏBƏR
  • TREND