ABŞ və Meksika razılığa gəldi

08.06.2019 10:34
124
ABŞ və Meksika razılığa gəldi

ABŞ Meksika ilə immiqrasiya məsələlərinə dair razılığa gəlib, eləcə də bazar ertəsi gününə planlaşdırılan gömrük rüsumunun tətbiqi dayandırılıb.


“TASS” agentliyinin verdiyi xəbərə görə, belə bir məlumatı prezident Donald Tramp şəxsi "Twitter" səhifəsində paylaşıb.


“Sizə məmnunluqla xəbər verim ki, Birləşmiş Ştatlar Meksika ilə razılaşdırılmış bir müqavilə imzalayıb. Amerikanın bazar ertəsi gününə planlaşdırdığı rüsum hazırda qeyri-müəyyən vaxta qədər dayandırılıb”, - prezident belə yazıb (APA).


Öz növbəsində Meksika da immiqrasiya siyasətinin sərtləşdirilməsinə dair vəd verib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND