Deputat Elmira Axundova Rusiyaya səfər edəcək

08.10.2019 19:46
44
Deputat Elmira Axundova Rusiyaya səfər edəcək

Milli Məclisin üzvü Elmira Axundova oktyabrın 9-da Rusiya Federasiyasına səfərə gedəcək.


Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.


Məlumata əsasən, millət vəkili Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri komissiyasının iclasına qatılacaq.


Tədbirdə təşkilati və bir sıra məsələlərə baxılacaq. Deputatımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətini bildirəcək, təkliflər verəcək.


Səfər oktyabrın 11-də başa çatacaq. (big)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND