AzTV-nin əməkdaşları qəzaya düşdü: yaralılar var

10.09.2019 22:10
115
AzTV-nin əməkdaşları qəzaya düşdü: yaralılar var

Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Ekspress.az apa-ya istinadən xəbər verir ki, Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha iki xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


Yaralanan şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları olub.


Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND