Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb


10.06.2019 09:39
77
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 17 dəfə pozub.


Müdafiə Nazirliyindən Ekspress.az -a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.


Füzuli rayonunun işğal altında olan Kürdlər kəndi yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND