İpoteka kreditlərinin sayı 27 minə çatıb

03.10.2019 16:00
66
İpoteka kreditlərinin sayı 27 minə çatıb

Bu il oktyabrın 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 335,832 milyon manat təşkil edib.


Ekspress.az İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 5,946 milyon manat, yaxud 0,45% çoxdur.


Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 78 vahid artaraq 26 921-dən 26 999-a çatıb.


Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ sentyabrda 2,05 milyon manat artaraq 39,709 milyon manatdan 41,759 milyon manata çatıb. (report)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND