17 min manat qorunmayan əmanətlərin qaytarılmasına başlanılır

08.10.2019 10:20
256
17 min manat qorunmayan əmanətlərin qaytarılmasına başlanılır

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Atra Bank”, “Royal Bank”, “Kredo Bank”, “Zamin Bank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, "Yunayted Kredit Bank", "Texnika Bank", "Dəmir Bank" və "Gəncə Bank" ASC-lərin, eləcə də "Bank Standard" QSC-nin kreditorlarına müraciət edib.


Ekspress.az xəbər verir ki, bu banklarda 17 min manata qədər qorunmayan əmanətlərin qaytarılmasına "Kapital Bank” ASC vasitəsilə oktyabrın 16-da başlanılacaq.


Kreditorların tələblərinin ödənilməsi ilə bağlı sözügedən bankın filial şəbəkəsi və lazımi sənədlər barədə əlavə məlumat veriləcək. (report


Ekspress.az