Cavan Zeynallı Xalq artisti olmasıyla bağlı: "Tüklərim biz-biz oldu, yıxılacağam"


25.05.2019 14:38
168
Cavan Zeynallı Xalq artisti olmasıyla bağlı: "Tüklərim biz-biz oldu, yıxılacağam"

Müğənni Cavan Zeynallı Xalq artisti fəxri adını almasından xəbərsiz olub.


Ekspress.az xəbər verir ki, o, bunu "Report"un əməkdaşı ilə söhbətində deyib.


Müğənni bu xəbərə "Dəqiq məlumatdır? Evdə oturmuşam, heç nədən xəbərim yoxdur. Dəqiq? Tüklərim biz-biz oldu, yıxılacam bu dəqiqə", - deyə, reaksiya verib.


Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Cavan (Cavanşir) Zeynallıya Xalq artisti adı verilib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND