Sabah Bakının bu ərazilərində qaz OLMAYACAQ

14.01.2019 21:26
213
Sabah Bakının bu ərazilərində qaz OLMAYACAQ

Yanvarın 15-də Bakının 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Biləcəri qəsəbələri və Motodrom yaşayış sahəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.


Ekspress.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, buna səbəb Bakının Binəqədi rayonunun Cavadxan küçəsində diametri 159 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı aparılacaq işlərdir.


Saat 10:00-dan təmir işləri tamamlananadək yuxarıda qeyd olunan ərazilərdə təbii qazın verilişində məhdudiyyətlər olacaq.


Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.


İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND