Birinci rübdə banklar 1,7 milyard manat kredit verib

16.05.2019 15:18
100
Birinci rübdə banklar 1,7 milyard manat kredit verib

2019-cu ilin birinci rübündə Azərbaycanda banklar 1,7 mlrd. manat məbləğində kredit verib. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.


“Azərbaycanda banklar tədricən kreditləşməni genişləndirir. Xüsusilə, cari ilin birinci rübündə banklar 1,7 mlrd. manat məbləğində kredit verib”, - İ.Alışov gün Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində çıxışı zamanı bildirib.


2019-cu il birinci rübün sonuna Azərbaycan banklarının kredit portfeli 12 mlrd. 714,4 mlın. manat təşkil edir, bu da ilin əvvəlinə olan göstəricidən 0,7% çoxdur (interfaks-Azərbaycan).


Xəbər verildiyi kimi, 2018-ci il ərzində Azərbaycanda banklar 7,4 mlrd. manat kredit verib. Bunun 4,3 mlrd. manatı biznes kreditlərinin payına düşür. Verilmiş biznes kreditlərinin həcmi 2017-ci illə müqayisədə 7,2% artıb. Ötən il verilmiş kreditlərin ümumi həcminin 70%-dən çoxu milli valyuta ilə verilib. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND