AzTV-nin loqosu, "İdman Azərbaycan"ın adı dəyişdi


16.09.2019 13:58
91
AzTV-nin loqosu, "İdman Azərbaycan"ın adı dəyişdi

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) daxil olan televiziya kanallarının loqosu dəyişib.


Ekspress.az -ın xəbərinə görə, dəyişikliklə "İdman Azərbaycan" telekanalının adı İdman TV olub. Yeni loqoda AzTV-nin, Mədəniyyət TV-nin və İdman TV-nin adı ağ şriftlərlə qeyd olunub. TV isə müvafiq olaraq, göy, qırmızı və yaşıl rəngli üçbucaqların daxilində əks olunub.


Qeyd edək ki, bu il sentyabrın 4-də Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Rövşən Məmmədov yanvarın 15-dən QSC sədri vəzifəsini icra edirdi. (report)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND