Azərbaycanda “Air taksi” xidməti - Helikopterlər sifariş etmək olacaq

23.07.2019 22:10
219
Azərbaycanda “Air taksi” xidməti - Helikopterlər sifariş etmək olacaq

Rusiyada “Rusiya helikopterləri” Holdinqi ölkəsində “Air taksi” fəaliyyəti ilə məşğul olmağa hazırlaşır.


Ekspress.az xəbər verir ki, “Azərbaycan Hava Yolları“ QSC-nin mətbuat katibi Paşa Kəsəmənski  bildirib ki, Azərbaycanda helikopterlər xidmətini sifariş etmək mümkündür.


Onun sözlərinə görə, sifariş qəbul edilir və sifarişə uyğun büdcə qarşı tərəfə bildirilir: “Bizdə bu xidmət çoxdan var. Məsələn, Bakıdan Şahdağa və digər istiqamətdə uçuş həyata keçirə bilərik. Sifarişin məbləği bir sıra faktorlardan asılıdır: hansı helikopterin getməyi, neçə nəfərin daşınmasının həyata keçirilməsi, həmçinin ərazi faktoru da daxil olmaqla bir sıra məqamlardan asılıdır”. (report)


Xatırladaq ki, Silk Way Helicopter Services bir sıra xidmətləri həyata keçirir.


Vertolyot parkının müxtəlifliyi və əlavə avadanlıqların quraşdırılması imkanları ilə əlaqədar aviaşirkət aşağıdakı növ işləri həyata keçirmək imkanına malikdir:

Sərnişinlərin hava yolu ilə daşınması, ekskursiya və VİP uçuşlar

Yükün xarici asılqanda və ya kabinada hava yolu ilə daşınması


Tikinti-montaj işləri


Hava patrulu çəkmə və neft-qaz boru kəmərlərinin və elektrik ötürücü xətlərinin monitorinqi

Tibbi evakuasiya (Medivac), axtarış-xilasetmə işləri (SAR), təcili-tibbi yardım (EMS)

Üzən qazma qurğularına və gəmilərə uçuşlar (offshore)


Aerovizual foto və video ilə bağlı uçuşlar


Vertolyotların ekipajla və ekipajsız icarəyə verilməsi

Vertolyotla xüsusi turlar və çarterlər (ov, balıq tutma, alpinizm və s.)

Torpaq və yüksək yerlərdə helikopter meydançaların tikintisi üçün konsaltinq xidmətləri (binalarda, xəstəxanalarda, dərində dayanan dəniz özüllərində, gəmilərdə və s.) həyata keçirir.


Ekspress.az