• 6 °C Bakı
  • -5 °C Quba
  • 1 °C Gəncə
  • -1 °C Yevlax
  • -5 °C Naxçıvan

Məktəbdə biabırçılıq: Direktorla valideyn saçyolduya çıxdı- VİDEO

09.02.2019 11:09
160
Məktəbdə biabırçılıq: Direktorla valideyn saçyolduya çıxdı- VİDEO

Sosial şəbəkələrdə qadınların saçyoldusu ilə bağlı video görüntü yayılıb.


Videodan da göründüyü kimi bir neçə qadın mübahisə edir. Nisbətən yaşlı qadın gənc xanımın saçından tutur. Gənc qadın isə qışqırır.


Sosial şəbəkə istifadəçiləri və bəzi Kütləvi İnformasiya Vasitələrində bildirilir ki, hadisə Gəncədə məktəblərin birində qeydə alınıb. Qeyd edilir ki, saçyolduya çıxan qadınlardan biri məktəbin direktoru, digəri isə valideyndir.


Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, bu barədə məlumatları var.


“Yayılan videonu görmüşük. Lakin hadisənin dəqiq harada baş verdiyi videodan dəqiq görünmür. Həmin yer məktəb də ola bilər, klub və digər məkan da ola bilər. Bundan başqa, görüntülərin nə zaman çəkildiyi bilinmir. Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb”, - deyə məlumatda bildirilib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND