Rusiyada təmizləyici qurğulardan istifadə etməyən müəssisələrdən vergi alacaq

22.04.2019 15:30
220
Rusiyada təmizləyici qurğulardan istifadə etməyən müəssisələrdən vergi alacaq


Axar suların əsas çirklənmə mənbəyi sənaye müəssisələridir. Mütəxəssislərin rəyi belədir ki, təmizləmə qurğularının modernləşdirilməsi yeni verginin tətbiqi sayəsində sürətləndirilə bilər.


"Hazırda hökumətin təklif etdiyi maliyyə paketi kimi təmizlənməmiş axıntıların su obyektlərinə axıdılması üçün edilən ödənişin yeni ekoloji vergiyə çevrilməsi məsələsi müzakirə edilir. Bu vergi "çirkli" sənaye və məişət obyektlərini müasir təmizləmə texnologiyalarından istifadə etməsinə stimul yarada bilər", - Rusiya Federasiyası Təbii Ehtiyatlar və Ekologiya Nazirliyinin Su ehtiyatları sahəsində dövlət siyasəti və tənzimləmə departamentinin direktoru Dmitri Kirillov müsahibəsində bildirib (vergiler.az).


Onun sözlərinə görə, dövlət təmizləyici qurğuları modernləşdirən müəssisələrə yardım edir, bu məqsədlə götürülən kreditlərə subsidiya faiz dərəcələri tətbiq olunur. 5,3 milyard rubl (140,4 milyon manat) məbləğində bu cür subsidiyaları artıq 40 müəssisə alıb. Həyata keçirilmiş layihələrin ümumi dəyəri isə 146,2 milyard rubl (3,9 milyard manat) təşkil edir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND