Prezident icra başçısını təltif edib

12.10.2019 16:57
79
Prezident icra başçısını təltif edib

Prezident İlham Əliyev Qoca Səmədovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Ekspress.az report-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Qoca Çərkəz oğlu Səmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Qeyd edək ki, oktyabrın 13-də Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun 60 yaşı tamam olur.


Ekspress.az