Vilayət Eyvazov İnterpolun rəisi olan GENERALI VƏZİFƏSİNDƏN AZAD ETDİ


17.10.2019 13:45
186
Vilayət Eyvazov İnterpolun rəisi olan GENERALI VƏZİFƏSİNDƏN AZAD ETDİ

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.


Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.


Əmrə əsasən, M.Təhməzov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.


İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə hələ ki, təyinat olunmayıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.


Qeyd edək ki, M.Təhməzov Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə 2012-ci ildə təyin edilib. (report)


Ekspress.az