Azərbaycan Rusiyadan və Ukraynadan - SİQARET İDXALINI AZALDIB

24.05.2019 19:21
62
Azərbaycan Rusiyadan və Ukraynadan - SİQARET İDXALINI AZALDIB


2019-cu ilin I rübündə Azərbaycana 18 mln. 747,9 min dollar dəyərində siqaret idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,8% azdır. Bu barədə rəsmi statistikada bildirilir məlumat verilib.


Hesabat dövründə Azərbaycana siqaretin əsas tədarükçüsü Ukrayna olub. Bu ölkədən 15 mln. 958,66 min dollar dəyərində (azalma 14,5% - İF) siqaret idxal olunub. Bütövlükdə, respublikaya siqaret idxalının 85,1%-i Ukraynanın payına düşüb.


Bundan başqa, yanvar-mart aylarında Rusiyadan Azərbaycana 1 mln. 791,89 min dollar (azalma 11,9%), Belarusdan isə 997,36 min dollar dəyərində (artım 40%) dəyərində siqaret idxal edilib (İnterfaks-Azərbaycan).


2018-ci ildə Azərbaycana 152 mln. 391,89 min dollar dəyərində siqaret idxal olunub ki, bu da 2017-ci ilin göstəricisindən 4,7% azdır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND