Avropa çempionumuz özünü 4-cü mərtəbədən atdı - İNTİHAR

10.07.2019 09:20
332
Avropa çempionumuz özünü 4-cü mərtəbədən atdı - İNTİHAR

Avropa çempionu olan gimnastımız intihar edib.

 

Ekspress.az xəbər verir ki, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib. 2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb.

 

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. Qeyd edək ki, A.Məmmədzadə akrobatika üzrə dörtqat Avropa çempionudur (apa).


Ekspress.az

Açar sözlər: