Lüksemburqda ictimai nəqliyyatdan istifadə pulsuz olacaq - QƏRAR

23.01.2019 14:09
401
Lüksemburqda ictimai nəqliyyatdan istifadə pulsuz olacaq - QƏRAR

Gələn il martın 1-dən etibarən Avropa İttifaqının ikinci ən kiçik ölkəsi Lüksemburqda ictimai nəqliyyatın bütün növlərindən istifadə pulsuz olacaq. Avtobus, tramvay və qatardan istifadə edən hər bir sərnişinin bilet əvəzinə şəxsiyyətini təsdiqləyən sənədi göstərməsi kifayət edəcəkdir.


Ekspress.az xəbər verir ki, bu barədə məlumatı bu ölkənin infrastruktur naziri Fransua Bauş təsdiqləyib.


Onun sözlərinə görə, bu addımla da dünyada ilk ölkə olaraq Lüksemburqda ictimai nəqliyyat pulsuz olacaq. İnsanları ictimai nəqliyyatdan istifadəyə həvəsləndirməyə xidmət edən bu addım dövlətə hər il 41 milyon avroya başa gələcək. Nazir həmçinin vurğulayıb ki, bu tədbirlər sayəsində nəqliyyat müəssisələrində iş yerləri ixtisar edilməyəcək və heç bir kadr azaldılması baş verməyəcək.

Bununla belə qatarlarda 1-ci sinif vaqonlarda səfər etmək istəyən sərnişinlər əvvəlki qaydada bilet almalı olacaqlar.


Lüksemburq 2023-cü ilədək dəmir yolu infrastrukturunun inkişafına 2,2 milyard avro sərmayə yatıracaq və ölkədəki bütün avtobuslar 2030-cu ilədək elektrik mühərrikli avtobuslarla əvəz ediləcək.