Hər gün 2 stəkan süd içsəniz...

19.02.2019 21:37
194
Hər gün 2 stəkan süd içsəniz...


Alimlərin apardığı araşdırmalarla müəyyən edilib ki, gündəlik süd içmək ikiqat çəki itkisinə səbəb olur.


Araşdırma zamanı məlum olub ki, gündəlik rasiona 2/3 stəkan süd əlavə etmək, yarım il ərzində 4,5 kiloqram çəki azaldır. Alimlərin sözlərinə görə, bu onunla izah olunur ki, qida mayesi orqanizmdə D vitaminin və kalsiumun səviyyəsinin artmasına kömək edir. Araşdırmada artıq çəkili, iki il ərzində aşağı yağlı Aralıq dənizi pəhrizi və yaxud karbohidrat pəhrizinə üstünlük verən 322 nəfər iştirak ediblər. Bu zaman qidalanma rejiminin əhəmiyyəti yox, yuxarıda qeyd olunan maddələrin orqanizmə təsiri nəzərə alınıb.


Elmi işin nəticələri göstərib ki, gündəlik 2 stəkan süd içən insanlar (580 milli qram kalsium) təcrübənin ilk 6 ayı ərzində 5,5 kiloqram itiriblər. Məhsulun yarısının azını içənlər isə, bu müddətdə 3 kiloqram çəki atıblar.


“Biz qida rasionuna gündəlik 3 fincan süd daxil etməyə çağırırıq ki, bu bədən quruluşunu qaydaya salmağa imkan verir. Beləliklə, bizim nəticələrimiz göstərir ki, süddən daha yüksək səviyyədə istifadə və D vitamini uğurla çəki artımının itkisinə səbəb olur”, - alimlər qeyd ediblər (e-tibb.az).


Ekspertlər onu da bildirirlər ki, oktyabrdan marta kimi şimal iqlimində yaşayanlar kifayət qədər D vitamini almırlar. Süddən başqa, rasiona balıq, yumurta, kefir və yarmalar daxil etmək tövsiyə olunur.


Ekspress.az